Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın ÜDM-i ilk dəfə 145 milyard dolları keçdi

Özbəkistanın ÜDM-i ilk dəfə 145 milyard dolları keçdi


"Özbəkistanın ÜDM-i ilk dəfə 145 milyard dolları keçib".

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Prezident Şavkat Mirziyoyev deyib.

“Qeyd edək ki, doqquz il əvvəl iqtisadiyyatımızın həcmini 100 milyard dollara çatdırmaq bizim üçün böyük bir nailiyyət kimi görünürdü. Bu il, tariximizdə ilk dəfə olaraq, ümumi daxili məhsulumuz 145 milyard dolları keçdi. Belə yüksək nəticələr xalqımızın, hamımızın nə qədər böyük şeylərə qadir olduğunu əyani şəkildə nümayiş etdirir”, - deyə dövlət başçısı bildirib.

Qeyd edilib ki, qlobal ticarət sistemində oyun qaydalarının dəyişdiyi bir vaxtda bu il ölkənin ixracatı 23 faiz artaraq 33,4 milyard dollara çatacaq.

"Ən əsası, qızıl-valyuta ehtiyatlarımız ilk dəfə olaraq 60 milyard dolları keçib", - deyə Mirziyoyev bildirib.

Süleyman
Xəbəri paylaş