Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda 14,1 mindən çox xarici vətəndaş işləyir

Qazaxıstanda 14,1 mindən çox xarici vətəndaş işləyir



1 dekabr 2025-ci il tarixinə olan məlumata görə, yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə Qazaxıstanda 14103 xarici vətəndaş işləyir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hazırda Qazaxıstanda xarici işçi qüvvəsini işə götürən 1817 müəssisə var. Onlarda 334,4 mindən çox Qazaxıstan vətəndaşı çalışır ki, bu da ümumi işçi sayının 96%-ni təşkil edir.

İqtisadi fəaliyyət növləri üzrə ən çox işçi sayı tikinti sektorunda - 4993 nəfərdir. Bundan başqa kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2316, mədənçilik və karxanalarda 1235, istehsalatda 1155 nəfər çalışır.

Əmək miqrantlarının əsas mənşə ölkələri sırasında 5604 nəfərlə Çin birinci yerdə gəlir. Çindən sonra 2110 nəfərlə Özbəkistan və 1036 nəfər işçi ilə Türkiyə qərarlaşır.
Qazaxıstanda işləyən hindistanlılar isə 943 nəfər təşkil edir.


Cavid

.
Xəbəri paylaş