
"Təəsüflər olsun ki, son vaxtlar bəzi sosial şəbəkələrdə, xəbər saytlarında bəzi tibb müəssisələri barədə də heç bir əsası olmayan, qərəzli informasiyalar yayılır. Bu da öz növbəsində həmin səhiyyə ocağının nüfuzuna, fəaliyyətinə mənfi təsir göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov səsləndirib. Millət vəkili deyib ki, bu kimi yalan məlumatlar insanlar arasında da çaşqınlıq yaradır və onları çox çətin seçim qarşısında qoyur:
"Hesab edirəm ki, xəbər saytları bu və ya digər tibb müəssisəsi barədə məlumat yayarkən peşəkar və ədalət prinsiplərinə söykənməlidirlər".
Süleyman













































