Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Qırğızıstandan torpaq icarəyə götürür

Qazaxıstan Qırğızıstandan torpaq icarəyə götürür




Qazaxıstan Məclisi İssık-Kulda torpaq sahələrinin icarəsi haqqında müqaviləni təsdiqləyib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, 1 dekabr 2009-cu ildə Astanada imzalanmış müqaviləyə uyğun olaraq, Qazaxıstan Qırğızıstan Respublikasının İssık-Kul bölgəsindəki torpaqları 49 il müddətinə müvəqqəti istifadəyə qəbul edib.

Bu torpaq sahələrində Qazaxıstan SSR tərəfindən tikilmiş dörd obyekt yerləşir: sanatoriya, iki istirahət evi və idman və istirahət mərkəzi.

Saziş, həmçinin 4 iyul 2006-cı ildə Astanada imzalanmış Qırğızıstan Respublikasının İssık-Kul bölgəsində yerləşən kurort və istirahət obyektlərinə Qazaxıstan Respublikasının mülkiyyət hüquqlarının tənzimlənməsi haqqında Sazişdə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsini də nəzərdə tutur.

Cavid
Xəbəri paylaş