Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiyada növbədənkənar seçkilər keçiriləcək

Serbiyada növbədənkənar seçkilər keçiriləcək



Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini təsdiqləyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Vuçiç bu qərarla hakimiyyətin etirazçıların əsas tələbini yerinə yetirdiyini bildirib.

Prezident Belqradda parlament binasının qarşısında vətəndaşlar qarşısında çıxış edərkən deyib: "Biz onların əsas tələbini qəbul etdik - tezliklə, gələn il seçkilərə gedəcəyik".

Dövlət başçısı əmindir ki, növbədənkənar seçkilər etirazçıların hərəkətlərinə siyasi cavab olacaq.

"Amma səslər sayılanda onlar o qədər də xoşbəxt olmayacaqlar. Biz onları Serbiyanın hər yerində məğlub edəcəyik", - deyə o vurğulayıb.

Fuad
Xəbəri paylaş