Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Yəmən münasibətləri müzakirə edilib

Azərbaycan-Yəmən münasibətləri müzakirə edilib


Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmədov Yəmənin Türkiyədəki səfiri Məhəmməd Saleh Turiqi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı diplomatlar Azərbaycan-Yəmən münasibətlərinin mövcud durumu, inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə Yaxın Şərqdəki vəziyyətə də nəzər yetirilib, regionda sülhün və sabitliyin bərpa edilməsinin zəruri olduğu vurğulanıb.

Süleyman
Xəbəri paylaş