
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin, həmrəyliyimizin və ortaq dəyərlərimizin rəmzidir. Bu əlamətdar gün dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları eyni amal, eyni məqsəd ətrafında birləşdirir. Turizm sektoru isə ölkəmizin beynəlxalq arenada tanıdılması, mədəniyyətimizin və qonaqpərvərliyimizin dünyaya çatdırılmasında mühüm körpü rolunu oynayır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri, Millennium Turizm şirkətinin baş ditektoru Ruslan Quliyev qeyd edib. O bildirib ki, geridə qoyduğumuz il ərzində turizm sahəsində əldə olunan nailiyyətlər, qarşılıqlı əməkdaşlıq, peşəkarlıq və fədakar fəaliyyətiniz ölkəmizin turizm potensialının daha da güclənməsinə mühüm töhfə vermişdir:
"Xüsusilə sağlamlıq və termal turizm istiqamətində atılan addımlar Azərbaycanın regional və qlobal miqyasda rəqabətqabiliyyətli destinasiyaya çevrilməsinə xidmət edir.
Yeni ilin sizə və kollektivinizə yeni uğurlar, geniş əməkdaşlıq imkanları, davamlı inkişaf, möhkəm tərəfdaşlıqlar və bol turizm axını gətirməsini arzulayırıq. Qoy 2026-cı il turizm sektorumuz üçün innovativ layihələr, yeni bazarlar və parlaq nailiyyətlərlə yadda qalsın.
Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, peşəkar fəaliyyətinizdə isə daim yüksəliş arzu edirik.
Bayramınız mübarək olsun!
Yeni iliniz uğurlu və bərəkətli olsun!".
Süleyman













































