
Yeni il ərəfəsində Belarus Prezidenti Aleksandr Lukaşenko 22 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Newscenter.az bildirir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan "Pool One" Telegram kanalı məlumat verib .
Məlumata görə, onların hamısı dövlət başçısına əfv üçün müraciət edib, günahlarını etiraf edib və peşman olduqlarını bildiriblər. İyirmi nəfər ekstremist cinayətlərdə təqsirli bilinib. Əfv olunanlar arasında yeddi kişi, 15 qadın olub. onlardan 11-nin azyaşlı uşaqları var.
Qeyd edək ki, bir müddət əvvəl də Lukaşenko bir qrup məhbusu əfv etmişdi.
Cavid










































