
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Ehtiyatında xidmət etmək üçün müqavilə imzalamış vətəndaşların 2026-cı ildə mühüm obyektləri qorumaq üçün təlim düşərgələrinə göndərilməsi haqqında fərman imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənəddə qeyd edilir ki , 2026-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin səfərbərlik ehtiyatında xidmət edən Rusiya Federasiyası vətəndaşları kritik obyektlərin və digər həyati əhəmiyyətli infrastrukturun qorunmasını təmin etmək üçün xüsusi təlim düşərgələrinə göndəriləcəklər .
Sərəncama əsasən, hökumətə qorunacaq vacib obyektlərin və digər həyati əhəmiyyətli infrastrukturun siyahısını müəyyən etmək tapşırılıb. Müdafiə Nazirliyi isə xüsusi təlimlərin keçirilməsinə cavabdeh olan hərbi hissələrin siyahısını müəyyən etməlidir.
Fərman bu gündən qüvvəyə minir.
Cavid












































