
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutacaq.
Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən seyr edə bilərlər.










































