
"2026-cı il yanvarın 1-dən elektrik və qaz üçün hər abonent aylıq 1 AZN, toplam 2 AZN xidmət haqqı ödəyəcək. Bu o deməkdir ki, evdə olub-olmamağınızdan asılı olmayaraq, əgər siz sistemə qoşulusunuzsa, aylıq 2 AZN, illik 24 AZN ödəniş etməlisiniz.
Rəsmi statistik məlumatlara əsasən söyləmək olar ki, Tarif Şurasının qərarı ilə aylıq 5-6 milyon, illik isə 70 milyon AZN vəsait "Azərişıq" və "Azəriqaz"ın balansına daxil olacaq".
Newscenter.az xəbər verir ki, bunları ekspert Aqil Məmmədov deyib. O qeyd edib ki, son məlumatlara əsasən, ölkə üzrə qaz və işıq abonentlərinin sayı 5 milyondan çoxdur:
"Nəzərə alsaq ki, kommunal xidmətlərdən gəlirlər mövsümdən çox asılıdır, yəni yay aylarında kommunal ödənişlərin həcmində kəskin azalma, qış aylarında isə artım müşahidə edilir. Ancaq yay aylarında xidmət əməkdaşlarının və infrastrukturun saxlanması xərclərində azalma müşahidə edilmir. 1 AZN-lik tarifin tətbiqi xidmət qurumlarına əməliyyat xərclərini kompensasiya etməyə imkan verəcək.
Başqa sözlə, bu tariflərin tətbiqi qurumlara təhlükəsizlik yastığı formalaşdırmağa imkan verir və satışdan asılı olmayaraq stabil gəlir əldə etmələrinə şərait yaradır".
Ekspert qeyd edib ki, paralel olaraq vətəndaş 1 yanvar 2026-cı ildən haqlı olaraq Azərişıq və Azəriqaz-dan daha yüksək və operativ xidmət gözləyəcəklər.
Süleyman













































