
"Əli Həsənova yazın olan bəzi saytlarda yazırlar ki, "Azərkitab"ın rəhbəri olarkən 5 milyard manat kredit götürmüşəm və qaytarmamışam. Bununla da dövlətə külli miqdarda ziyan vurmuşam. Bildirim ki, 1992-1996 -çı illərdə həmin vəzifədə işləyərkən yalnız bir dəfə, 1995-ci ildə işlədiyim idarə tərəfindən ("Azərkitab" ) Dövlət Bankından 940 milyon manat kredit götürûlûb və 4 ay sonra (baxmayaraq ki, kredit 6 aylıq götürülmüşdü) həmin məbləğ faizləri ilə geri qaytarılıb".
Newscenter.az xəbər verir ki, bunları "Azərkitab"ın keçmiş rəhbəri Rauf Məmmədzadə səsləndirib. O bildirib ki, həmin kredit azərbaycanlı iş adamı, çox hörmət etdiyi Saday Əhmədov tərəfindən xaricdə çap etdirdiyi "Azərbaycan qalaları" kitabının alınması üçün götürülüb:

"Təəssüflər olsun ki, Saday Əhmədovun adı son vaxtlar heç yerdə çəkilmir. Kitab bir neçə xarici dildə çap olunmuşdu. Həmin kitablar Xarici İşlər Nazirliyinin köməkliyi vasitəsi ilə 5 ay ərzində səfirliklərə paylandı və banka olan borç ödənildi. Həmin kitabın xüsusiyyəti onda idi ki, kitabda Dərbənd, Təbriz qalaları Azərbaycan qalaları kimi təqdim olunmuşdu".
Rauf Məmmədzadə qeyd edib ki, onun tərəfindən dövlətə heç bir mənəvi və maddi ziyan dəyməyib, əksinə 170 manata aldığı kitab, 250 manata satdırılmaqla dövlətə həm maddi, həm də mənəvi xeyir verilib.
"Əsas xeyir indi bizim olmayan qalaların vaxtı ilə bizim olduğumuzu sübut etmək idi",-deyə Rauf Məmmədzadə vurğulaylb.
Süleyman











































