Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ yeni dünya nizamı qurur

ABŞ yeni dünya nizamı qurur



"ABŞ prezidenti D. Tramp Danimarka Krallığına məxsus olan Qrenlandiyanı işğal etməyi planlaşdırır. Bir NATO ölkəsi digər bir üzv ölkəyə məxsus ərazini işğal edirsə, bu qurumun fəaliyyəti formal xarakter daşıya bilər. ABŞ prezidentinin bu siyasəti NATO-nun nüfuzdan düşməsinə və rəqibləri qarşısında zəifləməsinə gətirib çıxara bilər".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu, ABŞ və Avropa İttifaqı arasında siyasi böhrana gətirib çıxarmaqla, Qərb Alyansının parçalanmasına yol açar:

"Bir sözlə, ABŞ Avropa İttifaqına məxsus olan ərazini güc yolu ilə öz ərazisinə daxil etməyi planlaşdırır. Bundan sonra, Avropa İttifaqı ABŞ Təhlükəsizlik çətirindən imtina edəcək.

Göründüyü kimi, Rusiya dövlət başçısı V. Putin və ABŞ prezidenti D. Tramp eyni ortaq siyasi xəttə malik olaraq Avropa dövlətlərinin ərazilərini işğal edir".

Ekspert qeyd edib ki, baş verənlər Çin və Rusiyanı cəsarətləndirə və qonşularına qarşı yeni hərbi əməliyyatlara keçirməsinə stimul verər:

"Onsuz da Rusiya Ukraynaya hücum edəndə planlarından biri, Qərb Alyansını parçalamaq və NATO-nu zəif düşürmək idi. Qrenlandiya adası NATO mühafizə zolağındadır. ABŞ burada öz geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə artıra bilər. Amma, Birləşmiş Ştatlar Qrenlandiya adasını güc yolu ilə Danimarkadan alacaqsa, bu, beynəlxalq hüququn çöküşü və ABŞ-Avropa müttəfiqiliyinin sonu demək olacaq.

Təbii ki, baş verənlərdən məmnun Rusiya olacaq. Artıq Rusiya keçmiş postsovet məkanı və Şərqi Avropanın öz nüfuz dairəsi kimi tanınmasını siyasi gündəmə gətirir. ABŞ Qərb yarımkürəsini öz təsir zonası elan etdiyi kimi, Rusiya da keçmiş SSRİ ərazilərinin öz təsir dairəsi kimi tanınmasına çalışacaq. Amma, Rusiya ABŞ deyil, Çin Rusiyanın bu siyasəti ilə razılaşmayacaq. Rusiyanın yeni dünya siyasi nizamında rolu olmayacaq".

Məhəmməd Əsədullazadə deyib ki, ABŞ beynəlxalq nizamı özü qurur və Qərb yarımkürəsini nizama saldıqdan sonra Rusiya və Çinin Avrasiyada təsirlərini zəiflədə bilər.

Süleyman
Xəbəri paylaş