Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın yeni "Güclü Dövlət" doktrinası

Azərbaycanın yeni "Güclü Dövlət" doktrinası


"Prezident İlham Əliyevin təhsil və elm sahəsindəki son mesajları sadəcə inzibati dəyişiklik deyil, Azərbaycanın yeni "Güclü Dövlət" doktrinasıdır. Bu yanaşmanın dərinliyində 3 əsas fəlsəfi sütun dayanır".

Newscenter.az xəbər verir ki, bunları Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli deyib. O bildirib ki, bu, resursdan zəkaya keçiddir:

"Təbii sərvət tükənəndir, lakin insan zəkası sonsuzdur. "Neft-qaz deyil, elm və ağıl" prinsipi dövlətimizin növbəti yüzilliklər üçün sığortasıdır. Meritokratiya (Ləyaqət sistemi): Kadr islahatı sadəcə yaş dəyişimi deyil. Yüksəliş proqramı və müasir kadrların önə çəkilməsi, cəmiyyətdə ədalətli "sosial lift"in bərpasıdır".

O bildirib ki, elm və təhsilin vəhdəti nəticəsində elmi laboratoriyalardan çıxarıb ali məktəblərə, yəni gənclərin enerjisinə birləşdirmək – elmi "arxiv" olmaqdan çıxarıb "canlı gücə" çevirmək lazımdır.

Süleyman
Xəbəri paylaş