
Qazaxıstanda 2026-cı il "Rəqəmsallaşma və Süni İntellekt İli" elan olunub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə prezident Kasım Jomart Tokayev fərman imzalayıb.
Fərmanın məqsədi rəqəmsallaşmanı və süni intellektin kütləvi tətbiqini daha da inkişaf etdirməkdir.
Fərmana əsasən, Qazaxıstan Respublikası Hökuməti Rəqəmsallaşma və Süni İntellekt İlinin keçirilməsi üçün lazımi tədbirləri görməlidir.
Dövlət başçısı fərmanın icrasına nəzarəti Prezident Administrasiyasına həvalə edib. Fərman imzalandığı tarixdən qüvvəyə minəcək.
Süleyman












































