Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveç Ukraynaya Gripen təyyarələri göndərəcək

İsveç Ukraynaya Gripen təyyarələri göndərəcək


İsveç Ukraynada beynəlxalq sülhməramlı səylərə töhfə verməyə hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, sülh razılaşmaları əldə olunarsa, krallıq çoxtərəfli kontingentə Gripen təyyarələri göndərəcək. Bu barədə Baş nazir Ulf Kristersson Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra bildirib.

İsveç həmçinin Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin təlimini davam etdirəcək. Kristerssonun sözlərinə görə, könüllülər koalisiyasının hələ də bir çox qeyri-müəyyən məsələləri var.

"Ümumiyyətlə, yaxşı görüş oldu. İrəliləyiş əldə edilib və ümid var, lakin hələ də tam aydın olmayan bir çox məsələ də var. Düşünürəm ki, qarşıdakı həftələr həlledici olacaq", - deyə o izah deyib.

Anar
Xəbəri paylaş