Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AB, Ukraynaya zəmanət müqabilində Qrenlandiyanı ABŞ-a güzəşt edir

AB, Ukraynaya zəmanət müqabilində Qrenlandiyanı ABŞ-a güzəşt edir


.Avropa Birliyi Ukraynaya təhlükəsizlik zəmanəti müqabilində Qrenlandiyanı Birləşmiş Ştatlara güzəşt edə bilər.

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə "Politico" nəşri çıxış edib.

Qəzet yazır ki, Avropa Birliyi, ABŞ Prezidenti Donald Tramp administrasiyasından Ukraynaya daha güclü təhlükəsizlik zəmanətləri almaq müqabilində Avropa ölkələrinin Qrenlandiyadakı ABŞ-ın rolunun genişləndirilməsinə razılıq verə biləcəyi mümkün ssenarini nəzərdən keçirib.


"Politico" bu variantı udmaq üçün acı həb adlandırıb. Eyni zamanda bildirilib ki, lakin bu cür potensial razılaşmaların rədd edilməsi Trampla münasibətləri çətinləşdirə bilər. Çünki Tramp AB-yə sanksiyalarla cavab verə, sülh danışıqlarından çəkilə və ya Ukrayna danışıqlarında Rusiya üçün daha əlverişli mövqe tuta bilər.

Anar
Xəbəri paylaş