
Macarıstan Ukraynanın 20 maddəlik sülh planını əsassız hesab edir, çünki bu plan onun Avropa Birliyinə daxil olmasını və Qərb ölkələri tərəfindən 800 milyard dollar ayrılmasını nəzərdə tutur.
Newscenter.az TASS-a istinadən bildirir ki. bunu Baş nazir aparatının rəhbəri Gergeli Qulyas jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
O, Macarıstan hökumətinin 7 yanvar tarixli iclasında Kiyev tərəfindən hazırlanmış və Ukrayna mediası tərəfindən dərc edilmiş Ukraynadakı münaqişənin həlli üçün sözdə sülh planını müzakirə etdiyini bildirib.
"Bu plan Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulmasını nəzərdə tutur. Biz bunu qeyri-mümkün hesab edirik", - deyə Qulyas bildirib.
Qulyas qeyd edib ki, bundan əlavə, Ukrayna Qərb ölkələrindən onun bərpası üçün 10 il ərzində 800 milyard dollar ayırmasını istəyir:
"Bu pulla Macarıstanda 40 il ərzində pensiyaları ödəyə bilər".
Cavid












































