
Özbəkistanda xarici investisiyalı müəssisələrin sayı durmadan artmaqdadır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, xarici investisiyalı müəssisələr sırasında ilk yeri Rusiya tutur.
1 yanvar 2026-cı il tarixinə respublikada Rusiyanın iştirakı ilə birgə müəssisələrin sayı 909 təşkil edib. Növbəti sırada Çin və Türkiyə gəlir.
Bu tarixə xarici investisiyalı fəaliyyət göstərən 18164 müəssisədən 4247-si birgə müəssisə, 13917-si isə xarici müəssisədir.
Məlumatlara görə, son beş ildə Özbəkistanda belə müəssisələrin ümumi sayı 1,9 dəfə artıb. Eyni zamanda, xarici müəssisələrin payı ümumilikdə 54,9 faizdən 76,6 faizə yüksəlib. 2026-cı il yanvarın 1-i tarixinə xarici investisiyalarla fəaliyyət göstərən müəssisələrin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3293 və ya 22,1 faiz artıb.
Süleyman












































