
Dəməşq Suriyadakı Rusiya Evinin işini bərpa etmək istəyini ifadə edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov "Vedomosti " qəzetinə verdiyi müsahibədə bildirib.
Primakov qeyd edib ki, Xarici İşlər Nazirliyi Suriya tərəfinin tamhüquqlu münasibətləri bərpa etmək və Rusiya Evini açmaq istəyini açıq şəkildə ifadə edib:
"Onlar bu barədə birbaşa danışıblar. Suriya tərəfi mədəniyyət mərkəzinin fəaliyyətini bərpa etmək və kvota çərçivəsində tələbələrin qəbuluna başlamaq istəyir".
Onun sözlərinə görə, bu məsələdə Rossotrudniçestvo təhlükəsizlik zəmanətlərinə diqqət yetirəcək. Çünki ölkədəki bütün silahlı qruplar kifayət qədər nəzarət altında deyil.
Anar












































