
"ABŞ-ın İranın hərbi və siyasi mərkəzlərinə, strateji obyektlərinə qarşı hərbi əməliyyatlar keçirməsi gözlənilir. Plan İranda hakimiyyəti deyişmək və yeni bir sistem formalaşdırmaqdir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ-ın İranla ticarət edən ölkələrə qarşı rüsum tətbiq etməsi, hərbi qüvvələrini Yaxın Şərqə göndərməsi, etiraz aksiyasını dəstəkləməsi böhranı daha da inkişaf etdirir:
"İrana qarşı hərbi əməliyyatlar İsrailə qarşı və ABŞ bazalarının raketlərlə vurulmasına başlanılacaq. İranla müharibə uzun müddətli və yorucu ola bilər. Hakim rejim təslim olmayacaq. ABŞ hücumu fonunda küçələrdən etirazçı insanlar çəkiləcək".
Anar












































