
Almaniyanın qərbindəki Essen şəhərində (Şimali Reyn-Vestfaliya) Amerika ordusu üçün sursat və hərbi texnika daşıyan qatar yolun bir hissəsində relsdən çıxıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Bild qəzetinin məlumatına görə, polis təxribat ehtimalını araşdırır.
Nəşrin məlumatına görə, Lokomotivə hər birində 25 ton təhlükəli yük olan 20 sistern vaqon qoşulub.
Hadisə zamanı heç kim xəsarət almayıb. Hadisə yerində olan müstəntiqlər relslərə bərkidilmiş bir neçə metal sıxac aşkar ediblər.
Qəzanın baş verdiyi ərazidə əvvəllər tikinti işləri aparılıb.
Anar










































