
İstanbul Böyükşehir Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu prezident Rəcəb Tayyib Ərdoğana təzminat ödəməli olacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Əkrəm İmamoğluna qarşı verdiyi mənəvi təzminat iddiasında məhkəmə İmamoğlunun 150.000 Türk Lirəsi təzminat ödəməli olduğuna qərar verib.
İstanbul 23-cü Mülki Birinci İnstansiya Məhkəməsində keçirilən dinləmədə hər iki tərəfin vəkilləri iştirak edib.
Dinləmədə çıxış edən iddiaçının vəkili Ferah Yıldız, Əkrəm İmamoğlunun sözügedən ifadələrlə açıq şəkildə müvəkkili Prezident Ərdoğanı və dövlət qurumlarını hədəf aldığını və qarşı tərəfin iddialarını təsdiqləyən heç bir dəlil təqdim etmədiyini bildirib.
Cavabdehin vəkili dinləmənin təxirə salınmasını istəyib.
Hakim qərarını elan edərək işin qismən qəbul edildiyinə qərar verib və Əkrəm İmamoğluna hadisənin baş verdiyi tarixdən etibarən yığılan hüquqi faizlərlə birlikdə Prezident Ərdoğana 150.000 türk lirəsi məbləğində mənəvi təzminat ödəməyi əmr etib.
Anar










































