Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran deyilən klassik qurumun dağılması labüddür

İran deyilən klassik qurumun dağılması labüddür


"Biz istəyirik ki, cənub-şimal birləşsin, vahid Azərbaycan dövləti qurulsun. Bunun üçün İran deyilən bir klassik qurumun dağılması labüddür. O dağılmasa, dediyimiz mümkün deyil".

Newscenter.az xəbər verir ki, bunları yazıçı Səfər Alışarlı deyib. Onun sözlərinə görə, İranı bizdən başqa heç kim dağıda bulməz. Dağılmasa, qurulmayacaq. Bizi yenə aldatmağa çalışacaqlar:

"Onlarla millət var İranda, biz nəyə görə özümüzdən öncə onların taleyini düşünməliyik? Yetər ki, biz öz taleyimizi ortaya qoyaq. Xilafət dövrü keçdi getdi, ümmət öz zamanını yaşadı. Yaşamaq istəyəni, qardaş olmaq istəyəni türk heç zaman kəsməyib, özü ilə bərabər tutub. Xainlər və xəyanətkarlar heç kimə lazım deyil".

Səfər Alışarlı qeyd edib ki, bütün işləri vaxtında görmək lazımdır.

Anar
Xəbəri paylaş