
R.Mehdiyevin cinayət işi ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Məlumatlara görə sabiq Administrasiya rəhbəri bir neçə dəfə dindirilib. Onunla cinayət əlaqəsində olanların ifşası və məsuliyyətə cəlb olunması ilə bağlı da işlər görülür.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov Mehdiyev işi ilə bağlı son vaxtlar müşahidə edilən səngimənin səbəbini şərh edərkən deyib. Onun sözlöərinə görə, cinayət işi ilə bağlı hər dəfə cəmiyyətə məlumatların verilməməsi o demək deyil ki, bu cinayət işi səngiyib, yaxud arxa plana keçib:

"İstintaq orqanları hesab edirəm ki, öz vəzifələrini lazımı qaydada icra edirlər. İstintaqın gedişində digər iştirakçıların və ortaqların, habelə sürpriz isimlərin üzə çıxarılması mümkün olacaq. Lazım bildikləri vaxtda da məlumatlar ictimaiyyətə veriləcək".
Süleyman










































