
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatları uşağa ata adına görə soyad verilməsi praktikasının qanuniləşdirilməsini nəzərdə tutan qanunvericiliyə düzəlişləri birinci oxunuşda qəbul ediblər.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, qanun layihəsi Ədliyyə Nazirliyi tərəfindən Qanunvericilik Palatasına təqdim edilib. Mövcud qanunvericiliyə, xüsusən də Ailə Məcəlləsinə əsasən, uşağın soyadı valideynlərin soyadına əsasən müəyyən edilir. Eyni zamanda, milli adət-ənənələrə uyğun olaraq, uşağa babasının adına əsasən soyad verilir.
Qeyd olunur ki, hazırda uşağa atasının adına əsasən soyad verilməsi imkanı qanunvericilikdə dəqiq müəyyən edilmədiyindən, vətəndaşların müxtəlif şərhləri və haqlı etirazları halları mövcuddur.
Qeyd olunur ki, qanun layihəsinin hazırlanması prosesində beynəlxalq təcrübə də öyrənilib. Xüsusilə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanda uşağın soyadının atasının və ya babasının adına əsasən müəyyən edilməsi təcrübəsi qanunla təsbit olunub. Müzakirələr zamanı soyada sonrakı oxunuşlarda əlavə edilən "-ov", "-yev", "-ova", "-yeva" şəkilçilərinin qanunla müəyyən edilməsi məsələsinə də baxılması təklif edilib.
Süleyman










































