Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya İrana xarici müdaxiləyə qarşıdır

Rusiya İrana xarici müdaxiləyə qarşıdır


Rusiya İranın daxili siyasi proseslərinə təxribatçı xarici müdaxiləni qətiyyətlə pisləyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova vurğulayıb ki, "Biz İrandakı xarici nümayəndəliklərimizlə əlaqə saxlayırıq. Onlar adi rejimdə fəaliyyət göstərir və ölkədəki rusiyalı həmvətənlərimizlə daim əlaqə saxlayırlar. Onlara tövsiyə edirik ki, ağlabatan tədbirlər görsünlər, izdihamlı yerlərə baş çəkməkdən, foto və video çəkməkdən çəkinsinlər, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının təlimatlarına ciddi şəkildə əməl etsinlər".

Zaxarova onu da deyib ki, Vaşinqtondan İrana qarşı yeni hərbi hücumlarla bağlı gələn təhdidlər tamamilə qəbuledilməzdir.

Anar
Xəbəri paylaş