Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Starmer Qəzza Sülh Şurasına qoşula bilər

Starmer Qəzza Sülh Şurasına qoşula bilər


Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək Qəzza zolağını idarə edən "Sülh Şurasına" qoşula bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "The Times" qəzeti yazıb Nəşrin məlumatına görə, Amerika administrasiyasının planına əsasən, bəzi dünya liderlərini birləşdirməli olan yeni qurum Qəzza zolağını idarə edəcək. Xüsusilə də anklavın bərpası, investisiyaların cəlb edilməsi və radikal Fələstin HƏMAS hərəkatının tərksilah edilməsi ilə bağlı qərarlar qəbul edəcək.

"The Times" qəzetinin məlumatına görə, Tramp "Sülh Şurası"nın tərkibini bu həftənin əvvəlində elan edə bilər. Qəzet yazır ki, bu qurumun ilk iclası gələn həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) sessiyası çərçivəsində baş tuta bilər.

Süleyman
Xəbəri paylaş