
Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə neft daşımaları azalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabr ayında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı vasitəsilə neft daşınmalarında dron hücumu və fırtınalar səbəbindən müvəqqəti azalma olub.
Qeyd edilib ki, bu, PUA hücumundan sonra Tək Nöqtəli Lövbərin (SPM-3) məcburi dayandırılması, eləcə də Qara dənizdəki əlverişsiz hava şəraiti (fırtınalar) ilə əlaqədardır.
Anar












































