Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Belarus forumu keçiriləcək

Rusiya-Belarus forumu keçiriləcək


Belarus və Rusiya Regionlarının 13-cü Forumu 2026-cı ilin iyun ayında Minskdə keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus Respublikası Milli Məclisinin Respublika Şurası (parlamentin yuxarı palatası) tərəfindən elan edilib.

"Bu il Belarus və Rusiya Regionlarının Forumu, eləcə də ənənəvi sərgi və yarmarka 25 və 26 iyun tarixlərində Minskdə keçiriləcək. Bunun üçün on tematik bölmə seçilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 26-27 iyun 2025-ci il tarixlərində Nijni Novqorodda Belarus və Rusiya Regionlarının 12-ci Forumu keçirilib.

Anar
Xəbəri paylaş