
"Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında su təchizatı və tullantı sistemlərinin təkmilləşdirilməsini prioritet məsələlərdən biri kimi vurğulayıb. Bu, həm əhalinin gündəlik ehtiyaclarını, həm də şəhər infrastrukturunun davamlılığını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Çingiz İbrahimov deyib. Onun sözlərinə görə, Prezidentin diqqət çəkdiyi əsas məqam, mövcud problemlərin yalnız qismən həll edilməsi deyil, 2026–2035-ci illər üçün genişmiqyaslı, sistemli və dayanıqlı həllər tətbiq olunmasıdır:
"Bu yanaşma uzunmüddətli perspektivdə su və tullantı problemlərini minimuma endirməyə xidmət edir".
Anar










































