
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Paraqvayın bu ölkədəki yeni səfiri Cirilo Guillermo Sosa Flores ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində baş tutan görüşdə Azərbaycan-Paraqvay ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub. Həmçinin, söhbət zamanı əməkdaşlığın gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Səfir Rəşad Məmmədov paraqvaylı həmkarına yeni təyinatında uğurlar arzulayıb.
Süleyman










































