
"Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsi ikitərəfli əlaqələrin inkişafı və sülh istiqamətində etimadın möhkəmləndirilməsidir. Həmçinin Ermənistanda seçkilər yaxınlaşır. Məhz N.Paşinyanın qalib gəlməsi "Yekun sülh" müqaviləsinin bağlanması deməkdir. Dörd məhbusun təhvil verilməsi ilə N. Paşinyan seçkilərdə mövqeyini gücləndirilməsi istiqamətində istifadə edəcək".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycanın həbs etdiyi bütün ermeniler cinayətkarlardir:
"Onları məhz öz ərazilərimizdə həbs etmişik və cinayətləri də sübut olunub. Qeyd edim ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı praktiki addımlar atdıqdan sonra, Azərbaycan dörd ermənini təhvil verdi".
Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, Qarabağda separatçı rejimə və onun qanunsuz silahlı dəstələrinə rəhbərlik etmiş şəxslərin təhvil verilməsi mümkün deyil:
"Ümumiyyətlə, onları Ermənistan da qəbul etmək istəmir. Onlar, Ermənistana verilərsə, potensial şəkildə N. Paşinyana qarşı müxalifətdə çıxış edəcəklər. Ermənistan da revanşizmin inkişafına səbəb olar".
Süleyman












































