
İstanbuldan Barselonaya uçan Türk Hava Yollarına (THY) məxsus təyyarə təcili eniş edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbuldan Barselonaya uçan TK1853 reysi ilə Barselonaya yaxınlaşarkən, bir sərnişinin təyyarədə internet giriş nöqtəsi yaratdığı və şəbəkə adını bomba təhlükəsi daxil etmək üçün konfiqurasiya etdiyi aşkar edilib. Bundan sonra uçuş təhlükəsizliyi çərçivəsində dərhal lazımi prosedurlar başlanıb.
Təyyarənin təhlükəsiz enişindən sonra ölkənin müvafiq orqanları tərəfindən yoxlamalar aparılıb. Proses beynəlxalq aviasiya təhlükəsizliyi qaydaları çərçivəsində həyata keçirilib.
Anar










































