
Rosatom tərəfindən Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyasında ilk reaktorun işə salınması cari ilə planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
"Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunu bu il istismara verməyi planlaşdırırıq. Gələn bazar ertəsi günü Rosatom rəhbəri Aleksey Lixaçevlə birlikdə tikinti sahəsinə baş çəkəcəyəm və ərazidəki işləri müşahidə edəcəyəm", - deyə Bayraktar bildirib.
Bayraktarın sözlərinə görə, nüvə elektrik stansiyasının ilk reaktorunun tikintisi hazırda təxminən 95% başa çatıb.
Qeyd edək ki, Akkuyu Türkiyənin ilk nüvə elektrik stansiyasıdır. Layihəyə Rusiya tərəfindən dizayn edilmiş VVER Gen III+ reaktorları olan dörd enerji bloku daxildir. Hər blokun gücü 1200 MVt olacaq. Bu, qlobal nüvə sənayesində maliyyə və təşkilati modelindən istifadə edərək həyata keçirilən ilk layihədir.
Süleyman










































