Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda 3000 terrorçu və iğtişaşçı saxlanılıb

İranda 3000 terrorçu və iğtişaşçı saxlanılıb


İran hüquq-mühafizə orqanları terrorçu qruplarla əlaqədə olmaqda və kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunan təxminən 3000 nəfəri saxlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi ilə başlayan küçə etirazlarından sonra başlayıb. Bu, əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. İran xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırıb. ABŞ prezidenti Donald Tramp əvvəllər xəbərdarlıq etmişdi ki, İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirir.

Anar
Xəbəri paylaş