
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev banklar və bank fəaliyyəti haqqında qanunu imzalayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hazırda banklar yeni kredit barədə məlumatı bir saat ərzində kredit bürosuna göndərirlər. Lakin bu müddət ərzində insanlar bir neçə bankdan pul götürməyi bacarırlar.
Tokayevin imzaladığı qanundan sonra ilk müraciət təmin edilmədikdə, digər kredit müraciətləri təsdiqlənməyəcək. Beləliklə, "kredit alış-verişi" qadağan ediləcək.
Bundan əlavə, ipoteka və istehlak kreditləri üzrə faiz dərəcələri yeni metodologiyaya uyğun olaraq hesablanacaq.
Anar










































