Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nadir Adilov türkdilli ölkələrin mediasiyasının inkişafına verdiyi töhfəyə görə təltif edilib

Nadir Adilov türkdilli ölkələrin mediasiyasının inkişafına verdiyi töhfəyə görə təltif edilib


Qırğızıstan Respublikasının Mediatorlar Cəmiyyəti tərəfindən Nadir Adilov türkdilli ölkələrin mediasiyasının inkişafına verdiyi töhfəyə görə təltif edilib.

Newscenter.az-ın xəbərinə görə, Qırğızıstan Respublikasının Mediatorlar Cəmiyyətinin Müşahidə Şurasının sədri Gülsina Kojoyarova qeyd edib ki, Azərbaycan Respublikasının Mediasiya Şurası türkdilli mediatorların inteqrasiyasında, eyni zamanda qanunvericilik bazasının formalaşmasında mühüm rol oynayıb.

Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bütün türkdilli ölkələrə mediasiya proseslərinin inkişafı sahəsində dəstəyini göstərib və heç zaman ona olan müraciətlərdən öz dəstəyini əsirgəməyib.
Məhz qeyd olunan səbəblər, eyni zamanda Qırğızıstan Respublikasındakı mediasiya islahatlarındakı ekspert roluna görə Nadir Adilov türkdilli ölkələrin mediasiyasının inkişafına verdiyi töhfəyə görə təltif edilib.

Təltifetmə zamanı onun regional səviyyədə mediasiya institutunun möhkəmləndirilməsi, mediatorlar arasında peşəkar əlaqələrin qurulması və birgə təşəbbüslərin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Vurğulanıb ki, bu fəaliyyət türkdilli dövlətlər arasında alternativ mübahisə həlli mexanizmlərinin yayılmasına, qarşılıqlı etimadın güclənməsinə və hüquqi mədəniyyətin inkişafına mühüm töhfə verir.

Süleyman
Xəbəri paylaş