Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orban: Qrenlandiyanın taleyi Danimarkanın Baş naziri ilə Tramp arasında müzakirə olunmalıdır

Orban: Qrenlandiyanın taleyi Danimarkanın Baş naziri ilə Tramp arasında müzakirə olunmalıdır



Qrenlandiyanın taleyi Danimarkanın Baş naziri Mette Frederiksen və ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar zamanı digər ölkələrin müdaxiləsi olmadan müzakirə olunmalıdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı anlaşma şəklində bu problemi yoluna qoya bilərlər.

Bundan əvvəl isə Avropa Komissiyasının sözçüsü Anita Hipper bildirib ki, Aİ Danimarkanın ərazi bütövlüyünü dəstəkləyir və Qrenlandiyanı muxtar ərazi kimi qəbul edir. Bu arada, Aİ xarici işlər naziri Kaja Kallas ABŞ-ın ərazi iddiaları ilə bağlı dərin narahatlığını bildirib. Onun sözlərinə görə, Avropa ölkələri ABŞ-ın Qrenlandiyaya qarşı təhdidinin real olub-olmadığını və buna necə cavab verəcəklərini müzakirə edirlər.

Anar
Xəbəri paylaş