
"Zenit" və "Dinamo"nun keçmiş futbolçusu Dmitri Akimov 46 yaşında vəfat edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Dinamo"nun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, ölüm səbəbi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, Dmitri Akimov “Zenit”in heyətində 5 oyun keçirib. Forvard həmçinin "Dinamo Minsk", "Tyumen", "Metallurq Lipetsk", "Sibir Novosibirsk", "Rostov" və "Fakel Voronej"də də çıxış edib.
Anar










































