Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti iki gün ərzində güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gün ərzində güclü külək əsəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 18-19-da güclü külək əsəcək.

Newscenter.az xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Anar
Xəbəri paylaş