Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib


Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Newscenter.az xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, görüş zamanı vətəndaşları narahat edən müxtəlif məsələlər müzakirə olunub.

Millət vəkilinin ofisindən verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüş və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.



Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş