Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayır


"20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında azadlıq və müstəqillik rəmzi kimi əbədi yaşayır. Azərbaycan xalqı hər il 20 Yanvar günü şəhidlərin xatirəsini dərin ehtiramla anır, abidələri ziyarət edərək onların əziz ruhu qarşısında baş əyir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu müqəddəs gün gələcək nəsillərə müstəqilliyin hansı ağır və qanlı bədəl hesabına qazanıldığını xatırladır, xalqımızın azadlıq uğrunda göstərdiyi fədakarlığı bir daha nümayiş etdirir:

"20 Yanvar faciəsi xalqımızın yaddaşında yalnız hüzn və kədər günü kimi deyil, həm də qürur və qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olunmuşdur. Şəhidlərin tökülən qanı ilə Azərbaycanın yeni tarixi yazılmış, bu hadisə xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Dövlət müstəqilliyimizin bərpası və azadlığımızın təmin olunması yolunda əldə edilən nailiyyətlərin təməlində məhz 20 Yanvar şəhidlərinin fədakarlığı dayanır".

Anar
Xəbəri paylaş