
.Macarıstan hökuməti Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) tərəfindən Aİ vətəndaşlarına verilən təhlükəsizlik və sağ qalma tövsiyələrindən qəzəblənib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Baş Nazir Ofisində Beynəlxalq Əlaqələr üzrə Dövlət Katibi Zoltan Kovaç sözügedən partiyanın sülh uğrunda mübarizə aparmaq əvəzinə, nüvə müharibəsinə hazırlaşdığını bildirib.
Kovaç Brüsseldə Avropa Parlamentinin üzvləri tərəfindən hazırlanmış "əhalini hərbi münaqişəyə hazırlamaq strategiyasından" bir parça dərc edib.
Onun fikrincə, "mesaj aydındır:
"Onlar sülhə deyil, vəziyyətin kəskin şəkildə gərginləşməsinə, hətta nüvə ssenarisinə hazırlaşırlar".
Bu arada baş nazir Orbsn deyib ki, Brüsseldəki görüşlər müharibə şuralarına çevrilib:
"Əsas müzakirə mövzusu budur. Ukraynanın maliyyələşdirilməsinə necə davam etmək və "Rusiyanı məğlub etmək".
Anar










































