Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Aztürk Holding" Gəncədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə edilib

"Aztürk Holding" Gəncədə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə edilib


"Aztürk Holding"-in prezidenti Güləli Bağırov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirib.

Newscenter.az şirkətə istinadən bildirir ki, görüş zamanı Aztürk Holding tərəfindən Gəncə şəhərində gələcək dövrdə reallaşdırılması nəzərdə tutulan layihələr, regional inkişaf perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Səmərəli və konstruktiv şəraitdə baş tutan görüşdə tərəflər Gəncə şəhərində növbəti görüşlərin keçirilməsi və qarşılıqlı maraq doğuran mövzular üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Süleyman
Xəbəri paylaş