
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Əhməd Şara arasında telefon danışığı olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və Suriyadakı son hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə əhəmiyyət verdiyini bildirib.
Türkiyə lideri Suriya ərazisinin terrorizmdən tamamilə azad edilməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu deyib və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.
Süleyman










































