Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Leyla Əliyeva Efiopiyada "MESOB" dövlət xidməti mərkəzində olub

Leyla Əliyeva Efiopiyada "MESOB" dövlət xidməti mərkəzində olub


Efiopiyaya səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.

Newscenter.az xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb.

Bildirilib ki, "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB", dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilən görüş zamanı Efiopiya tərəfi ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.

Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri, həmçinin "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədlərini hazırlayıb, xidmətlərin vahid standartını müəyyən ediblər.

Süleyman
Xəbəri paylaş