
"Parlament islahatlarını həyata keçirmək üçün Konstitusiyanın bir neçə bölməsini eyni anda yenidən nəzərdən keçirmək lazım gələcək. Buna görə də, indiyə qədər Konstitusiyamızda edilən dəyişiklikləri nəzərə alaraq, İşçi Qrup tərəfindən təklif olunan düzəlişlər layihəsi bizə Qazaxıstanın həqiqətən yeni Konstitusiyası haqqında danışmağa imkan verəcək".
Newscenter.az bildirir ki, bunları prezident Kasım Jomart Tokayev deyib. Akorda xəbər verir ki, Qasım-Jomart Tokayev İşçi Qrupu ilə konstitusiya islahatlarına əsas yanaşmaları müzakirə edib. Belə ki, Prezidentin iştirakı ilə Astanada Parlament İslahatları üzrə İşçi Qrupunun iclası keçirilib. İclasda Dövlət müşaviri Yerlan Karin və Prezidentin hüquqi məsələlər üzrə köməkçisi Yerjan Jienbayev İşçi Qrupunun fəaliyyəti barədə dövlət başçısına məlumat veriblər.
Xüsusilə, ötən ilin oktyabr ayından bəri keçirilən iclaslarda yeni Parlamentlə bağlı bütün məsələlərə baxılıb. Bunlara deputatların sayı, səlahiyyət müddəti, seçki proseduru, birpalatalı Parlamentin qanunvericilik mexanizmləri, eləcə də onun digər hakimiyyət institutları ilə qarşılıqlı əlaqəsi daxil idi.
Anar











































