Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soyunub-geyinmə otaqlarında videomüşahidə qəti qadağandır

Soyunub-geyinmə otaqlarında videomüşahidə qəti qadağandır



Son dövrlərdə cəmiyyətdə narahatçılıq yaradan hallardan biri də ondan ibarətdir ki, bir sıra hallarda işəgötürən rəhbərlik etdiyi müəssisənin əksər hissəsində müşahidə kameraları quraşdırır. Bu isə ümumi iş rejiminə mənfi təsir göstərir. Bəzi hallarda hətta geyimm mağazalarının soyunub-geyinmə otaqlarında belə müşahidə kameralarının quraşdırılmasına rast gəlinir ki, bu da tamamilə qanunsuzdur. Bəs görəsən hüquqi baxımdan bu nə dərəcədə doğrudur?

Hüquqşünas Əli İbrahimov Newscenter.az-a deyib ki, hüquqi nəticə tam aydındır və gizli kameraların quraşdırılması qanunsuzdur:

“Xüsusilə, soyunub-geyinmə otaqlarında videomüşahidə qəti qadağandır, işçilərin və müştərilərin xəbəri olmadan görüntülərin toplanması isə cinayət məsuliyyəti yaradır. Bu cür hallar aşkarlanarsa, zərərçəkmiş şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etməsi tam qanuni və əsaslıdır”.
Əli İbrahimov deyib ki, hüquqi dövlətin əsas prinsipi insan ləyaqətinin toxunulmazlığıdır:

“Texnologiya nə qədər inkişaf etsə də, heç bir texniki imkan insanın şəxsi həyatına hörmətsizliyi legitimləşdirə bilməz. Təhlükəsizlik adı altında aparılan müşahidə insan hüquqlarını pozursa, artıq o təhlükəsizlik deyil, qanunsuz nəzarət mexanizminə çevrilir”.

Süleyman
Xəbəri paylaş