Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trans yağların yüksək istehlakı ölüm riskini artırır

Trans yağların yüksək istehlakı ölüm riskini artırır


Fast food-da olan trans yağların yüksək istehlakı istənilən səbəbdən ölüm riskini 34% artırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, diyetoloq, terapevt, Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi üzrə Federal Tədqiqat Mərkəzinin İmmunologiya Laboratoriyasının tədqiqatçısı Tatyana Solntseva məlumat verib.

Solntseva bildirib ki, Trans yağların kanserogen təsirinə dair dəlillər mövcuddur. Bu da bədəndə xərçəngin inkişafına kömək edir. Bağırsaq mikrobiotasına mənfi təsir immun sisteminin funksiyasına təsir göstərə bilər və həmçinin bədənimizdə iltihabi proseslərə səbəb ola bilər. Nəticədə, vaxtından əvvəl qocalmaya və ölümə səbəb olan xroniki xəstəliklərin inkişafına səbəb olur. Buna görə də, yüksək trans yağ istehlakının istənilən səbəbdən ölüm riskini 34% artırdığı deyilir.

O qeyd edib ki, koroner ürək xəstəliyi kimi ürək-damar xəstəliklərindən ölüm riski 28%, insultdan isə 21% artır. Dünyada hər il təxminən 280.000 ölüm hadisəsinin sənaye üsulu ilə istehsal olunan trans yağların istehlakı ilə əlaqəli olduğu bildirilir.

Anar
Xəbəri paylaş